Menu

Azərbaycana qarşı bu çıxışına görə işdən qovuldu - VİDEO

18.12.2022, 13:32
Azərbaycana qarşı bu çıxışına görə işdən qovuldu - VİDEO

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına görə vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə MDBMİ-nin rektorluğu məlumat yayıb.

Məlumata görə, dekabrın 16-da Rusiya telekanallarından birinin efirində Hərbi-Siyasi Araşdırmalar Mərkəzində aparıcı ekspert vəzifəsində çalışan M.Aleksandrov iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə xələl gətirib. Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib.

"Onun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlığını göstərir ki, bu da ictimaiyyətin son dərəcə mənfi reaksiyasına və MDBMİ heyətinin qəzəbinə səbəb olub. Aleksandrov institutun imicinə və maraqlarına ciddi zərbə vurub. Bütün bunları nəzərə alaraq ekspertin vəzifəsinə xitam verilib və o, təhsil ocağından xaric edilib", - MDBMİ-nin açıqlamasında deyilir.

Şərhlər

korrektor 2022-12-18 18:14:11

bu kopoyoğlu faşistdir ki.

Senan 2022-12-18 17:47:31

Itə.it.yolunu göstədilər,indi gedib it yalı içər

Esger 2022-12-18 17:25:10

Rus Bakiya hucum edecek Bes Turkiye moskvaya hucum etmiyecek? Sen nece ekspertsen ki Shusha beyamnamesini giymetlendirmemisen? Rusun nefti gazi nece satacag Bes halhazirda 80 faiz cherez Turkiye gedir

dadaşyev 2022-12-18 15:33:20

Qapalı qapılar arxasında gedən gizli söhbətləri aşkarca bəyan etməyin də iki sevda çəkənlər kimi cəzası var.

Veteran 2022-12-18 13:53:34

Yaramaz..... uz u indi 90-cı illər deyil.Siz.... nəinki Xankəndindən,bütün QAFQAZDAN rədd edəcəyik.Özüdə CƏHƏNNƏMƏ .Az qalıb.

t.ədalət 2022-12-18 13:46:47

Moskva Azərbaycanın əleyhinə çıxış edənləri heç vaxt işdən çıxarmaz.Görünür,hansısa hərəkəti Putinin əleyhinə olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol