Menu

"KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir" - Baş katib

19.12.2022, 16:02
"KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir" - Baş katib

KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas bildirib.

“Əgər İrəvan bunu lazım hesab etsə, KTMT-nin missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifləri qüvvədədir”, - Baş katib vurğulayıb.

Baş katib KTMT-nin kontingentini genişləndirilməyi planlaşdırmadığını da qeyd edib. Onun sözlərinə görə, mövcud kontingent kifayət qədərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol