MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ ÖZBAŞINALIQ NƏ ZAMAN HƏLLİNİ TAPACAQ? – "Bizdə, sadəcə, biabırçılıqdır”

Əkrəm Həsənov: "Hazırda özünü tanınmış hüquqşünas adlandıranların 90 faizi bisavad, makler və qeyri-dürüst insanlardır”

Xəbər verildiyi kimi, bu günlərdə qanunvericiliyin tələblərinin pozulmasına və vətəndaşların haqlı narazılığına səbəb olan nöqsanlara görə, apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Hər kəsə məlumdur ki, Azərbaycan cəmiyyətində ən çox narahatçılıq və narazılıq olan sahələrdən biri də məhkəmə-hüquq sistemidir. Bu sistemdəki problemlər nəinki ədalətli cəmiyyət quruculuğuna, bütövlükdə ölkənin, azad sahibkarlığın inkişafına, o cümlədən investisiya mühitinin sağlamlaşmasına maneə olan əsas problemlərdən biri, bəlkə də birincisidir.

Məhkəmə sistemində tüğyan edən korrupsiya və rüşvətxorluq faktları dövlətin imicinə, gələcək fəaliyyətinə, hazırkı mövqeyinə, ən əsası isə ölkə vətəndaşlarına böyük ölçüdə ziyan vurur. Məhkəmə sistemində qeyri-şəffaf bir mühit formalaşdığı üçün, iqtisadi, sosial, siyasi sahələrdə həyata keçirilən islahatların da ciddi effekti olmur.

Azərbaycanda məhkəmə-hüquq sistemindəki çatışmazlıqlar, bu sahədə fəaliyyət göstərən hakimlərin çıxardıqları qərarlar zaman-zaman Milli Məclisdə də müzakirə olunub. Bu barədə Milli Məclisin son iclaslarından birində çıxış edən Millət vəkili Zahid Oruc “Tərtər işi”ylə bağlı sifarişli hökm çıxaran hakimləri tənqid edib.

“Tər-tər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkliatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları qospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir”,- deyə deputat qeyd edib.

Təəssüf ki, Azərbaycanda hakimlərin mütləq əksəriyyəti şəffaf, obyektiv və ədalət prinsipləri əsasında fəaliyyət göstərmir. Beynəlxalq hesabatlara əsasən, Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı yüzlərlə qərar çıxarıb, ərizəçilərin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Avropa Məhkəməsi təsdiqləyib ki, həmin işlərə yerli məhkəmələr obyektiv baxmayıb, çıxarılan qərarlar ədalətli olmayıb.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının məlumatına görə, qurumun fəaliyyəti dövründə (2005-ci ilin fevralında fəaliyyətə başlayıb-red.) qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə, hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Təkcə son üç ildə 70-dək intizam icraatının başlandığı, 60 hakimin məhkəmə sistemindən uzaqlaşdırıldığı bildirilir.

Ancaq təəssüf ki, vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Yeni təyin olunan hakimlər bir çox hallarda özündən əvvəlkilərə "rəhmət" oxutdurur. Bəzi makler vəkillərlə işbirliyi quran hakimlər dələduzların qurbanına çevrilən vətəndaşların əmlaklarını əllərindən almaqdan belə çəkinmirlər. Bu zaman əmlakın dəyəri hakim, vəkil və onun müdafiə etdiyi dələduz arasında bölünür. Vətəndaşın isə şikayətini eşidən olmur. Təsadüfü deyil ki, hazırda "maklerlikdə" ad çıxarmış belə vəkillərdən biri hər yerdə "hakimlərin çəkici mənim əlimdədir" deyə, öyünür. Cəzasızlıq dələduz vəkillərin əl-qol açmasına, hakim öbaşnalıqlarının kütləvi hal almasına səbəb olub. İnsanlar DTX-nın bu sahədə "təmizləmələrə" başlayacağı günü səbirsizliklə gözləyirlər.

Məlumat üçün onu da qeyd edək ki, məhkəmə hakimləri toxunulmaz olsa da, qanunvercilikdə onlar üçün də məsuliyyət nəzərdə tutulub. Cinayət Məcəlləsinin 295.2 maddəsində bilə-bilə ədalətsiz hökm çıxarmaqla şəxsin həbsdə qalmasına səbəb olan hakimlər üçün 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu mövzuyla bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov “AzPolitika.info”-ya şərhində qeyd edib ki, sözügedən sahədə şəfaflığın təmin olunması üçün, ilk növbədə məhkəmə qərarları ardıcıl dərc olunmalıdır: “Biz bu gün dərc olunan məhkəmə qərarlarında bu ardıcıllığı görə bilmirik. Bildiyimiz kimi, hər məhkəmə işinin özünün nömrəsi olur. Bu nömrələr ardıcıllıqla verilir. Bu ardıcıllıq pozulursa, deməli, hansısa məhkəmənin qərarı gizlədilir. 

İkincisi, məhkəmə qərarları üzrə axtarış sistemi yaradılmalıdır. Hətta bu barədə 2019-cu ildə ölkə başçısının da Fərmanı var. Bu sistem vasitəsilə istənilən sözü, maddəni axtarışa verərkən, bunların hansı məhkəmə qərarlarında işlədildiyini görmək olur. Sonra isə oxşar məhkəmə işlərinə eyni cür baxılıb-baxılmadığı müəyyənləşdiririlir. Əgər üç il ərzində bunu etməyiblərsə, ayrı-ayrı hakimlər yox, məhkəmə sisteminin başında duranların özləri bu sistemin düzgün işləməsində maraqlı deyillər.

Bu gün İnkişaf Etmiş Ölkələrdə məhkəmələrin şəffaflığı tam şəkildə təmin olunur. Qərarlar ardıcıllıqla dərc olunur, hüquq elmi var, müzakirələr gedir, kitablar çıxır, məqalələr yazılır və s. İnsanlar bu məlumatlar əsasında özləri də anlaya bilirlər ki, hansı hakim savadlıdır, düzgün qərarlar verir, ədalətlidir. Bizdə isə sadəcə biabırçılıqdır”.

Ekspert qeyd edir ki, son illər hakimlərin maaşları artırılsa da, bu kifayət etmir: “Hesab edirəm ki, hakimin maaşı ən azı 10 min manat olmalıdır. Azərbaycanda xeyli sayda hüquqşünas tanıyıram ki, 10 min manata görə, korrupsiyadan da uzaq durar, yuxarıların göstərişlərini də yerinə yetirməz. Hazırda aşağı məhkəmə hakimləri təxminən üç min manatdan bir qədər artıq maaş alırlar. Düşünürəm ki, maaşların aşağı olması, bir növ hakimləri korrupsiyaya bulaşdırmağa hesablanıb. Bir dəfə korrupsiaya bulaşan hakimin isə gözü həmişə kölgəli olur. O, məcburən yuxarıların tapşırılarını canla, başla yerini yetirir. Çünki bilir ki, onun özünün fəaliyyətində də qanunsuzluqlar var. Bu cür hakimlərin adları isə hər kəsə məlumdur”.

“Hazırda özünü tanınmış hüquqşünas adlandıranların 90 faizi bisavad, makler və qeyri-dürüst insanlardır. Əslində bu cür məhkəmə sistemində başqa cür ola da bilməz. Belə şəraitdə tanınmış hüquqşünasların əksəriyyəti bu sistemin qaydaları ilə işləyənlərdir... Təəssüf ki, bu cür vəziyyətdən ən çox əziyyət çəkənlər bilikli və savadlı hüquqşünaslarımızdır”,- deyə, ekspert bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

İ.Mustafaoğlu 2023-01-02 23:20:09

2018-ci ildə Vəkilliyin Test imtahanından "89" bal və 2020-ci il Vəkiliyin Test imtahanından "96" bal toplayan namizədin Vəkil olmasına imkan verilməmişdir. Səlahiyyətli orqanlar araşdırsınlar və qanuni tədbirlər görməsini xahiş edirik.

İ.Mustafaoğlu 2022-12-26 21:08:10

Hakimliyin və Vəkilliyin Test imtahanından ən yüksək bal toplayan namizədə (2016,2020-ci illər) İmkan verilmədi ki, Hakim və ya Vəkil olsun ! Araşdırılmalı və o məmurlar haqqında qanuni cəza tədbiri görülməli, başqalarıda görülmüş tədbirlərdən özləri üçün ibrət dərsi götürməlidirlər.

Dövlətini sevən 2022-12-24 19:07:20

Nə üçün Hakimliyin Test imtahanından yüksək bal toplayan peşəkar Hüquqşünasların kənarda qalma məsələsinə aidiyyatı qurumlar maraqlanmırlar ?

Prezidentini sevən 2022-12-23 21:27:55

Ədliyyə sahəsində köklü islahatlar aparılmalıdır ? Hakimliyin Test imtahalarından yüksək bal toplayanlar hakim ola bilməyiblər, onların arzularını gözündə qoyublar ... Hakimliyin Test imtahanından yüksək bal toplayanların kənarda qalmasını araşdırıb qanuni tədbirlər görülməlidir ?

A.Məmmədov 2022-12-21 19:44:24

Mən, 13 dekabr 2011-ci il tarixdən işsizəm. Həmin tarixdə paranoidal-şizofrenik diaqnozlu xəstə Hacıbala Abutalıbov, fəsil dəyişməsi ilə əlaqədar xəstəliyinin kəskinləşdiyi dövrdə məni polislərin köməyi ilə Bakı şəhər İcra Hakimiyyətinin binasından küçəyə atdırıb. Mən, 12 yanvar 2012-ci il tarixdə məhkəməyə müraciət etmişəm. Mənim iddia ərizəm Hacıbala Abutalıbovun qanunsuz əməllərinə hüquqi dön geyindirmək sahəsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mütəxəssis hesab edilən məhkəmənin hakimi Şərafət Məmmədovanın icraatına verildi. Dörd aylıq məhkəmə süründürməçiliyindən sonra hakim Şərafət Məmmədova məhkəmə iclaslarının protokollarını saxtalaşdırdı, onları mənim işdən azad olmam barədə verilmiş sərəncam üçün əsas kimi götürülmüş “Xidməti məlumat”a uyğunlaşdırdı və bu saxtakarlığın əsasında da cəfəng məhkəmə qərarı çıxartdı. 2-ci və 3-cü instansiya məhkəmələri bu cəfəng qərarı təsdiqlədi. Dörd il məhkəmələrdə vaxtımı itirdim. Azərbaycan məhkəmələrində heç nə edə bilməyəndən sonra mənə məsləhət verdilər ki, Avropa Məhkəməsinə müraciət edim. Uğrunda hər an canımı verməyə hazır olduğum vətənimdən şikayət etmək mənim üçün şərəfsizlik zirvəsi hesab edildiyindən, mən bu addımı atmadım.

mais 2022-12-21 10:19:14

.......... deleduzdu San marino yetirmesidi

Lacin 2022-12-21 03:17:12

Sumqayıt Seher Mehkemesinin hakimi Ilyas Mahmudovu haqli olaraq tutdunuz. Bes bu 200 isde adi olan vekil niye mesuliyyete cəlb olunmadi. Meger o makler vekili kim qoru du kim bax Ekreb bey bunu arasdir???

Tahir 2022-12-21 03:10:12

Dogru Ekrem bey, dediyin adem adlı vekile uygundu. esl makler vekiler ireli gedir. Vergi adem kimi vekilleri yoxlasa geliri hardan olduğu üze çixar

N.Seyfeli. 2022-12-21 00:43:50

Bu qeder hengameden sonra "uzr" istemek? Qeribe mentiqdir, ele tut kucede adam oldur, sonra da get uzr iste, berekallah !

N.Seyfeli. 2022-12-21 00:12:37

Deyilesi , muzakire edilesi derd deyil, o bedbaxlar qinanilasi deyiller, beyem ozbashinadir lar ki, serbest hokum ve qetname cixarsinlar? Yaxshisi budur ki, nicat yolunu gosterin ve teklifler verin.

t.ədalət 2022-12-20 22:32:00

.Azərbaycanda bu sistem həmişə yarıtmaz olub.

Nur 2022-12-20 21:42:14

Çox sağ olun. Dəqiq yanaşmanız var.

Vəkil 2022-12-20 20:08:15

Məhkəmlərdəki biabırçılıqlar 50 ildən artıqdır baş verir....özbaşına buraxılan sahələdən biri də ədliyyədir.

Son yazılar