Menu

“Ukrayna Saakaşvilini müalicə etməyə hazırdır” - Podolyak

20.12.2022, 22:51
“Ukrayna Saakaşvilini müalicə etməyə hazırdır” - Podolyak

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və lazımi müalicəni təmin etməyə hazırdır.

“Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır”, - Podolyak “Twitter”də yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Gürcüstan hakimiyyətini səhhətinə görə Saakaşvilini azad etməyə və onu Ukrayna, Avropa və ya ABŞ-a müalicə üçün göndərməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol