Menu

Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ

21.12.2022, 15:41
Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ

Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin səbəbi açıqlanıb.

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu gün qanunverici orqanın altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib.

Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vuraraq deyib ki, bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Şərhlər

Mubariz 2022-12-21 17:46:53

Görəsən ss vermədə « yox » deyən olub? Yoxsa robot kimi hamısı «hə» deyib ? Yəqin ürəklərində kədərləniblər , çünki onlara ora Vasif təyin edib ,indi isə taleyin ümüinə qalacaqlar

dadaşyev 2022-12-21 15:55:54

Səhhəti ilə bağlı istefa veribmi?Nolub ki səhhətinə?Əlhəmdülillah qoç kimidir.Sovet bitdiyindən 30 ili keçdi,amma sovetdən qalma sözlərdən qurtulammadıq bir türlü."Külli miqdar dövlət əmlakını yediyimin üstü 27 ildir açılmamışdı,deyirdim bundan sonra da heç kim bilməyəcək,amma madam ki üstü açıldı daha bu yüksək vəzifədə qalmağımı məqsədəuyğun hesab etmirəm" deməlidi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol