Menu

Putin hələ də Ukrayna xalqını "qardaş xalq" hesab edir - "Ukraynada baş verənlər bizim ümumi faciəmizdir"

21.12.2022, 17:59
Putin hələ də Ukrayna xalqını "qardaş xalq" hesab edir - "Ukraynada baş verənlər bizim ümumi faciəmizdir"

Ukraynada baş verənlər bizim ümumi faciəmizdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.

“Bizi qınamağa heç nə yoxdur. Biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik. Mən hələ də belə düşünürəm. Baş verənlər təbii ki, bizim faciəmizdir. Bizim ümumi faciəmizdir. Amma bu, bizim siyasətimizin nəticəsi deyil. Həmişə buna - rus dünyasının dezinteqrasiyasına can atan başqa dövlətlərin, üçüncü dövlətlərin siyasətinin nəticəsidir. Onlar müəyyən dərəcədə buna müvəffəq oldular və bizi hazırda olduğumuz xəttə itələdilər", deyə Putin vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, Ukrayna ilə münaqişə qaçılmaz idi: "Bu gün olması, sabah olmasından yaxşıdır", o deyib.

Putin Rusiyanın keçmiş səhvlərini təkrar etməyəcəyini bildirib.

"Biz keçmişin səhvlərini təkrar etməyəcəyik, o zaman müdafiə qabiliyyətinin artırılması maraqları naminə lazım olan və lazım olmayan yerdə iqtisadiyyatımızı məhv etdik. Biz ölkənin militarizasiyası və iqtisadiyyatın hərbiləşdirilməsi ilə məşğul olmayacağıq", - deyə Rusiya Prezidenti vurğulayıb.

Şərhlər

TARIX 2022-12-22 10:10:51

BELƏ DƏ RİYAKARLIQ OLAR.???

ELSAD 2022-12-21 21:45:12

Cox maraqlidir. Bu, sonun baslanqicindanmi xeber verir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol