“Bizim yaxın aylarda müdafiə qabiliyyətimizin gücləndirilməsi ilə bağlı dəqiq anlayışımız var. Bu gün bu barədə geniş danışmaq istəmirəm. Yəqin anlayırsınız ki, niyə. Lakin mən buna görə ABŞ Prezidenti Co Baydenə çox minnətdaram”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Co Baydenlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Zelenski deyib ki, Baydenlə danışıqların əsas mövzusu Ukraynanın möhkəmləndirilməsi olub:“Bizim əla xəbərlərimiz var, hansılarla ki, mən evə dönürəm. Prezident Bayden Ukraynaya 2 milyard dollar yardımı nəzərdə tutan yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi bizim hava hücumundan müdafiəmizi gücləndirəcək “Patriot” kompleksidir. Bu, Ukraynanın “hava qalxanını” yaratmaq istiqamətində vacib addımdır. Biz gələn il nə gözlədiyimizi və nəyə hazırlaşdığımızı geniş müzakirə etdik. Bu, bütün ukraynalılar üçün çox vacibdir”.
“AzPolitika.info”


Şərhlər
Azərbaycanın gələcəyi Ukraynanın qələbəsindən çox asılıdır.