Menu

ABŞ Senatı rusiyalı iş adamlarının dondurulmuş aktivlərinin Kiyevə verilməsini təsdiq edib

22.12.2022, 23:29
ABŞ Senatı rusiyalı iş adamlarının dondurulmuş aktivlərinin Kiyevə verilməsini təsdiq edib

ABŞ Senatı rusiyalı iş adamlarının aktivlərinin dondurularaq Kiyevə verilməsi ilə bağlı büdcə layihəsinə düzəliş edib.

APA xəbər verir ki, bu barədə Senatın iclasında bildirilib.

Senat Rusiya oliqarxlarının aktivlərinin müsadirə edilməsinə və satışına, humanitar və hərbi yardım üçün Ukraynaya verilməsinə icazə verən düzəlişi yekdilliklə təsdiqləyib.

Senat cümə axşamı yekun büdcə layihəsinə baxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol