Rusiyanın FSB agentləri və silahlı hərbçiləri işğal altındakı Ukrayna ərazilərində yerləşən internat məktəblərindəki kimsəsiz uşaqları oğurlayaraq, Moskvaya göndərirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Rusiyanın nəzarətində olan Xerson yaxınlığındakı internat məktəbindən paylaşılan görüntlərə əsasən, silahlı rus agentləri və döyüşçülər düşərgəyə soxularaq, orada azyaşlıların olub-olmadığını yoxlamağa çalışırlar.
Bağçanın müdiri Vladimir Sahaidak bildirib ki, rus hərbçilər bu uşaqları oğurlayaraq, Rusiyadakı hərbi məktəblərə göndərirlər: “Bu, uşaqlar hərbi məktəblərdə xüsusi təlimlərlə “ruslaşdırılırlar”, milli kimlikləri əllərindən alınır. Bu, müharibə cinayətidir. Bu barədə xəbərdar olduğumuz üçün, əvvəlcədən 52 uşağı gizlətməyə qərar verdik”.
Xersondakı başqa bir uşaq evinin müəllimi isə uşaqların pulemyotlu əsgərlər tərəfindən hərbi maşınlara mindirildiyini deyir.
Ukrayna prokurorluğu Xerson uşaq evindən 3-5 yaş arası 48 kimsəsiz uşağın oğurlandığını bildirib.
Qaçırılan uşaqların əksəriyyətinin harada olduğu hələlik məlum deyil.
Rusiya hakimiyyəti isə iddia edir ki, uşaqların Rusiyaya köçürülməsi onları hərbi əməliyyatlardan qorumaq məqsədi daşıyır.
Ukrayna kəşfiyyatı iddia edir ki, indiyə qədər 13 mindən artıq uşaq Rusiyaya qaçırılıb, orada onlara müharibə ilə bağlı Kremlin təbliğatı aşılanıb.
“AzPolitika.info”


Şərhlər