İrəvan Moskvadakı görüşdən imtina etmək üçün diplomatik kanallardan istifadə etməyib.
APA Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, erməni tərəfinin istifadə etdiyi məlumatlandırma üsulu “suallar yaradır”.


Şərhlər