Menu

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” - Rusiya XİN

24.12.2022, 11:20
“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar” - Rusiya XİN

“Bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə tədricən ümid etmək olar”.

“Report” bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir:

“9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılıqlar sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasına kömək edəcək. Bu razılıqlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün “yol xəritəsi” formalaşdırıb”, - deyə o bildirib.

Qaluzin deyib ki, Rusiya regionda xüsusilə nəqliyyat və iqtisadi əlaqələrin açılması, delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol