Menu

Türkiyənin dörd vilayətində antoterror əməliyyatı keçirilir

25.12.2022, 17:29
Türkiyənin dörd vilayətində antoterror əməliyyatı keçirilir

Eren Abluka” antiterror əməliyyatlarının on səkkizinci payız-qış mərhələsi Diyarbəkir, Bingöl, Muş və Batman əyalətlərinin ərazilərini əhatə edib.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, əməliyyata 3650 hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.

Nazir əmin edib ki, cinayətkar təşkilatların sonuncu üzvü məhv edilənə qədər terrorla mübarizə davam etdiriləcək. (Mənbə: Anadolu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol