Menu

Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu – VİDEO

26.12.2022, 00:02
Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu – VİDEO

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə başlanan və əsas podratçı “Roketsan” tərəfindən həyata keçirilən asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən çox təsirli hibrid müdafiə sistemi olan ALKA İstiqamətləndirilən Lazer Silah Sistemi layihəsi tam sürətlə davam edir.

Layihə çərçivəsində hazırlanmış hədəf aşkarlama radarı, hədəf izləmə və elektromaqnit sistemi ilə təchiz edlən yüksək güclü lazer silahı nümayiş olunub.

Təqdimat zamanı müxtəlif güc səviyyələrində və fərqli daşıyıcı platformalar (sabit, portativ və mobil) üçün inteqrasiya olunmuş məhsul ailəsi kimi hazırlanan milli lazer silah sistemi həlli təqdim edilib. Onun imkan və effektivliyi atış testləri vasitəsilə təsdiqlənib.

Layihədə lazer mənbəyi “Ermaksan” şirkəti də istehsalçısı kimi də iştirak edir.

Sınaqlardan görüntüləri müdafiə sənayesi naziri İsmail Dəmir sosial media hesabında paylaşıb.

Şərhlər

AZƏR 2022-12-26 03:25:15

Sizin uğurunuz bizim uğurumuzdur.Uğurlar olsun!

qaraguruh 2022-12-25 23:35:41

c.c ALLAH Türkiyəni və Azərbaycanı qorusun-məncə bu silahları gizli sınaqdan keçirsələr daha yaxşı olar ki, düşmən tədbirsiz olar

t.ədalət 2022-12-25 22:58:35

Allah Türkü var eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol