Menu

Yeni rəhbər Naxçıvanın mərkəzi küçələrində gəzintiyə çıxıb - Vətəndaşlarla görüşüb

26.12.2022, 10:17
Yeni rəhbər Naxçıvanın mərkəzi küçələrində gəzintiyə çıxıb - Vətəndaşlarla görüşüb

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünəndən etibarən sıravi naxçıvanlılarla görüşlərə başlayıb.

Yenisabah.az xəbər verir ki, Naxçıvanın yeni rəhbərinin əhali ilə ilk təmasları qeyri-rəsmi mühitdə baş tutub.

Belə ki, Fuad Nəcəfli dünən axşam saatlarında Naxçıvanın mərkəzi küçələrində gəzintiyə çıxıb. O, sıravi insanlarla görüşərək, onların qayğılarını dinləyib, arzu və istəkləri ilə tanış olub. Fuad Nəcəfli onunla xatirə şəkli çəkdirmək istəyən Naxçıvan sakinlərinin bu arzusunu həyata keçirib. Dünən axşam saatlarından başlayaraq, naxçıvanlı sosial şəbəkə iştirakçıları yeni rəhbərlə şəkillərini müxtəlif platformalarda paylaşıblar.

Naxçıvan sakinlərindən biri deyib ki, Prezidentin səlahiyyətli nümayəndəsi qapısının onların üzünə həmişə açıq olduğunu deyərək, problemlərinin həlli üçün birbaşa onun özünə müraciət etməyi tövsiyə edib.

Şərhlər

ƏNHU 2022-12-26 19:50:41

Ay naxçıvan camaatı, hələ bir dayanın görək bu işlərin axırı necə olacaq? O saat yüyürüb adamın ətəyini öpməyin. Bir qoyun görək adam hansı seçimi edəcək? Şeytan hələ bu adamı sınağa çəkəıcəkdir. Ona milyardlar vəd edəcəkdir. Dünyanı gözündə cənnət kimi göstərəcəkdir.Hər kişi bu sınaqdan ləyaqətlə çıxa bilmir. Milyardların üstünə tüpürüb ALLAHI seçmir. Biz etibardan istifadə edənləri çox gördük. Vasif Talıbov səninsə dalınca daş getsin. Sən Naxçıvan əhalisini deportasiya etdin.Dünyanın sərvəti sənin və övladlarının olsun iman və etimadsa bizim.

Roma 2022-12-26 12:41:29

Halal olsun, belə də olmalıdır, Cənab Prezident demişkən, məmur Xalqın qulluğunda olmalı, onun qayğısına qalmalıdır. İndi gəlin fərqə baxın, Vasif Talıbov və Fuad Nəcəfli...biri Xalqı saymırdı, özünü çörəyini yediyi Xalqdan üstün tuturdu, digəri Xalqın sıravi Vətəndaşı ilə şəkil çəkdirir, qapım həmişə üzünüzə açıqdır deyir...Bax belə hərəkət Xalqın istənilən bir nümayəndəsinin ürəyincə olacaq, onun Dövlətə və Dövlətçiliyə inamını gücləndirəcək, özünü Dövlətin bir VƏTƏNDAŞI sayacaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol