Menu

Kərə yağı adı altında bitki yağları satan şəxs cəzalandırıldı - FOTOLAR

27.12.2022, 14:28
Kərə yağı adı altında bitki yağları satan şəxs cəzalandırıldı - FOTOLAR

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən “Nur” marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Vətndaş 2022-12-27 16:36:29

AQTA niyə palma yağlarını gətirilməsinə qadağa qoyub nəzarət etmir? Marketlərdə baha qiymətlərə təklif olunan fiktiv kərə yağları ilə maraqlanmır,İstifadə müdəti keçmiş makaron məmulatları ilə ( onların yalnız qablanma üzlükləri dəyişdirilir.) maraqlanmır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol