Menu

"Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi" - Ceyhun Bayramov

27.12.2022, 16:59
"Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi" - Ceyhun Bayramov

“Sirr deyil ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”.

APA-nın xəbərinə görə, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, hər bir tərəf təklif verə bilər: “Biz öz gündəliyimizə, təkliflərimizə əsaslanmalıyıq. Biz ilk gündən bu təklifin qəbuledilməz olduğunu bildirmişik. Biz baza prinsipləri üzrə danışıqlar aparırıq. Azərbaycan yalnız öz milli maraqları çərçivəsində addım atır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol