“Ermənistanın strateji müttəfiq Rusiya İrəvanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da axşam İctimai televiziyanın efirində deyib.
O, son vaxtlar Ermənistan-Rusiya münasibətlərindəki böhranın səbəbi məhz bu təzyiqlə əlaqələndirib.
Qirqoryan daha sonra həyasızlığın bütün sərhədlərini aşaraq sentyabda Azərbaycan ordusunun Ermənistanın təxribatlarına cavab olaraq strateji yüksəkliklərə nəzarəti təmin etməsini, hətta Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiyanı Rusiyanın Ermənistana təzyiqi (?) kimi qələmə verməyə cəhd edib.
Əlbəttə, TŞ katibinin belə bir açıqlama ilə çıxış etməsi təəccüblü deyil. Son zamanlar İrəvanın regionda gedən proseslərdən kənarda qalması, Qarabağla bağlı apardığı beynəlxalq kampaniyanın fiaskoya uğraması, Azərbaycanın Qərb-Rusiya konfliktindən məharətlə yararlanaraq öz maraqlarını qoruya bilməsi Ermənistan hakimiyyətini məyus edib.
Qriqoryan həm Azərbaycanın haqlı tələblərini niyə yerinə yetirmədiklərinə aydınlıq gətirməkdən qaçmaq, həm daxili ictimaiyyəti, həm də beynəlxalq birliyi aldatmaq, yanlış rəy formalaşdırmaq üçün diqqəti Moskvanın İrəvanı “yaxşı“ müdafiə etməməsinə yönəltməyə çalışır. Bunu isə Rusiyanın guya artıq Azərbaycanla daha yaxın müttəfiq olması ilə bağlamağa cəhd edir
Ermənistan rəsmisi bu bəyanatı verərəkən İrəvanın 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi nədənsə “unudur”. Həmin sənəddə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması qeyd olunub. Ancaq Ermənistan müxtəlif bəhanələlə həm bu, həm də Qarabağdan erməni silahlı dəstələrinin çıxarılmasına dair digər öhdəliyini yerinə yetirməkdən qaçır.
Sentyabrda baş vermiş hərbi toqquşmalara gəlincə, məlumdur ki, ilk həmlə Ermənistan silahlı birləşmələri tərəfindən edilib və Azərbaycan Silahlı Qüvvələri sərt cavab tədbirləri görüb. Nəticədə təxribat törədən düşmən ordusunun istehkamları, dayaq məntəqələri, artilleriya qurğuları məhv edilib. Azərbaycan Ordusu sərhəddə tarixən öləmizə məxsus olan strateji yüksəklikləri nəzarətə götürüb. İki gün davam edən döyüşlər nəticəsində Ermənistan ordusunun 230 hərbçisi öldürülb, 300-ə yaxını yaralanaraq sıradan çıxarılıb.
Laçın yolunda ekofəallrın 16 gündür keçirdiyi aksiya barədə də Qriqoryanın iddiaları ağ yalandır. Əvvəla, etiraz aksiyasının tələbləri Qarabağdakı faydalı filiz yataqlarının qanunsuz istismarının dayandırılması, Azərbaycanın dövlət qurumlarının ərazidə monitorinq aparmasına şərait yaradılmaması ilə bağlıdır. Bu tələb indiyə qədər yerinə yetirilmədiyi üçün aksiya davam edir.
Laçın yolunun bağlanması barədə TŞ rəhbərinin iddiası da yalandır, Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, yol erməni əhali üçün açıqdır və bunu Beynəlxalq QırmızıXaç Cəmiyyətinin yerli nümayəndələri də təsdiq edirlər. Əksinə, yolda bir maneə varsa da o da Rusiya sülhməramlı qüvvələrinin qoyduqları postlardır. Qriqoryan yaxşı olardı, iradlarını Ermənistanın müttəfiqi Rusiyaya ünvanlasın.
Azərbaycanın Laçın yolunun humanitar məqsədlərlə istifadəsini tələb etməsi tamamilə legitimdir. Rəsmi Bakı dəfələrlə faktlar təqdim edib ki, həmin yoldan Qarabağdakı separatçı rejimin qanunsuz silahlı dəstələri üçün hərbi ləvazimatlar, silah-sürsat daşınır. Habelə İrandan gələn terrorçu qruplar oradan rahat şəkildə istifadə edir. Azərbaycanın suveren ərazisində belə fəaliyyətlər tamamilə yolverilməzdir və bu, beynəlxalq hüququn müstəsna tələblərinə dayanır.
Armen Qriqoryanın bu açıqlamaları şübhəsiz ki, son zamanlar Ermənistan rəhbərliyinin Bakının həmlələri qarşısında çarəsiz qalması və bu istiqamətdə Rusiyadan gözlədikləri dəstəyi ala bilməmələri ilə bağlıdır. Ona görə də öz aləmİndə “diplomatik gediş” edərək Azərbaycanı Rusiyanın müttəfiqi kimi göstərməyə, bununla da Qərbdə Bakının mənfi imicini formalaşdırmağa, İrəvanı regionda təklənmiş kimi göstərməyə cəhd edir. Bir sözlə, ənənəvi erməni fahişəliyini nümayiş etdirir.
Amma dünya görür ki, hansı ölkə Moskva ilə daha yaxındır vəRusiya-Ukrayna müharibəsi dövründə onunla əlaqələri daha da sıxlaşdırıb. Ermənistan Kremlin bütün proksi qurumlarında - MDB, KTMT, Aİİ təmsil olunur. Ermnistanın İran və Rusiya ilə sərhədləri ruslar tərəfindən qorunur. Ermənistanda Rusiya hərbi bazası var, habelə ölkəiqtisadiyyatının 40 faizi bu ölkənin şirkətlərinin əlindədir.
Ermənistana xaricdən gələn 3 milyard dolların ünvanını, son 9 ayda Qərbin sanksiyalarından yayınaraq Rusiyaya ixracını 11-dəfə artırmasını göstərmək kifayət edir ki, İrəvanın Moskvanın himayəsində olduğu tam təsdiqlənsin. Bir sözlə, Qriqoryan Moskvanın kölgəsində yatıb, Azərbaycana tərəf “hürür”. Ancaq özünü Qərbin “uşağı” kimi təqdim etməyə çalışır...
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər