Menu

“Bəyannamənin imzalanması Azərbaycan-Rusiya münasibətlərini yeni səviyyəyə yüksəldib” - Rusiya XİN

29.12.2022, 15:06
“Bəyannamənin imzalanması Azərbaycan-Rusiya münasibətlərini yeni səviyyəyə yüksəldib” - Rusiya XİN

"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib".

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin əsas xarici siyasət yekunlarına dair şərhində deyilir.

Nazirlikdən bildirilib ki, rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib: “Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına, sülh sazişinin razılaşdırılmasına, humanitar problemlərin həllinə töhfə verib”.

Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol