Menu

Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir

30.12.2022, 08:57
Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir

Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

"O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artıb", - deyə qurum bəyan edib.

Şərhlər

Mühəndis 2022-12-30 11:13:42

Bu məlumatı insanların anlaya bil'əyi dildə və formada vermək lazm idiSadə vətəndaş (aki təhsilli belə ) bu məlumaydan nə anlayacaq7 Bu göstəricilər Statistika Komitəsiningöstərdikləri iə uyğun gəlirmi?Birdə bu məlumat dövlət strukturlarına da çatdırılıbmı və reaksiya necə olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol