Menu

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

30.12.2022, 21:31
Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib. "Report"un xəbərinə görə, bu vəzifə tanınmış jurnalist Etibar Məmmədova həvalə olunub.

O, bundan sonra fəaliyyətini Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədov uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "e-huquq.az" saytı olub. Jurnalist həmin saytın baş redaktoru vəzifəsində işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol