Nurəddin İsmayıl
Döndü fələyin üzü yenə, yaman tərsinə gəldi,
Vasif ki deyirlər, kündələnib, əcəb ərsinə gəldi.
Yaddan çıxardı bir an kimdir onun arxa dayağı,
Salmadı rəhbərini saya, rəhbər hirsinə gəldi.
Bilmədi “Ayətül-kürsü”nün feyzi nədir insana,
Haqlını haqsız bilən hər vaxt, haqqın dərsinə gəldi.
Çox keflər yaşadın gizlində o sürtük maçalarla,
Keçdi o günlər ki yanına hər gün, tər sinə gəldi.
Şahlıq quşu qonmuşdu ağlı dayaz başına sənin,
Uçurtdun o quşu, özgə şəxs, sənin kürsünə gəldi.
Varisi sanırdın özünü, qosqoca ulu yurdun,
Varis elə xalqmış, sonda xalq öz irsinə gəldi.
29.12.2022/


Şərhlər
Səbr edə bilməyib cəhənnəm sur çalınınca,
Qeyz edib ardınca Nəxşi-cəhanə gəldi.