Menu

İranda aksiyalar başlayandan bəri 73 təhlükəsizlik işçisi öldürülüb

04.01.2023, 09:29
İranda aksiyalar başlayandan bəri 73 təhlükəsizlik işçisi öldürülüb

“İranda etirazlar aksiyalarının başladığı vaxtdan bəri təxminən 73 təhlükəsizlik işçisi öldürülüb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, dünən, yanvarın 3-də naməlum şəxslər Tehran vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvünü evinin qarşısında güllələyiblər: “SEPAH yanvarın 3-də Tehran vilayətinin Qarçak şəhərində 700 kiloqram partlayıcı ələ keçirib. Etirazçılar bu materiallardan sadə əl qumbaraları istehsal etmək üçün də istifadə ediblər. Dünən, həmçinin Simnan vilayətinin Gərmsar şəhərindəki poladəritmə zavodunda partlayış baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb”.

Bundan başqa, tanınmış sünni din xadimi Abdol Hamid bildirib ki, vətəndaşların rejim əleyhinə etiraz şüarları səsləndirməsi rejimin vəhşiliyinə haqq qazandırmır.

Qeyd edək ki, İranda etiraz aksiyaları 3 aydan çoxdur davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol