Menu

Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb

07.01.2023, 15:56
Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb

Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib.

"Report" Fransanın BFM TV telekanalına istinadən xəbər verir ki, hadisə Marseldə baş verib.

Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir.

Həmin şəxslərin kürd əsilli olduğu məlumdur.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol