Menu

Hüquqşünas Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırladı – VİDEO

07.01.2023, 16:21
Hüquqşünas Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırladı – VİDEO

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına çağırıb.

“Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, - dövlət başçısı vurğulayıb.

Hüquqşünas, Frankfurt Universitetinin doktorantı olmuş İbrahimxəlil Balayev Prezidentin bu çağırışına qoşularaq Konsepsiya hazırlayıb və onu ictimaiyyətə açıqlayıb.

“AzPolitika.info”-nun redaksiyasına da tədim edilən sənəd 11 maddədən ibarətdir. Hüquqşünas vurğulayıb ki, Qayıdış Konsepsiyası Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına dönməsi üçün hüquqi və faktiki baza kimi çıxış edə, gələcəkdə əzəli torpaqlarımıza tam sahibliyimizin bərpa olunmasına zəmin yarada bilər.

İbrahimxəlil Balayevin hazırladığı Konsepsiyanı özünün videotəqdimatında tədim edirik:


Şərhlər

İM 2023-01-08 21:21:17

Vəzifə üçün çalışanlardandır !

ƏNHU 2023-01-07 22:44:51

BUNU İNDİYƏ QƏDƏR NİYƏ ÖZÜNÜZ ETMİRDİNİZ Kİ? GƏRƏK KİMSƏ NƏYİSƏ SİZİN YADINIZA SALA VƏ YA SİZƏ TAPŞIRIQ VERƏ? 40 İLDƏN SONRA VƏTƏNLƏRİ YADLARINA DÜŞÜB. BU KONSEPSİYA 40 İL BUNDAN ƏVVƏL İŞLƏNİB HAZIRLANIB BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLARA GÖNDƏRİLMƏLİ İDİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol