Menu

Bağdaddakı “yaşıl zona”nın ətrafındakı hasarlar söküləcək

08.01.2023, 01:32
Bağdaddakı “yaşıl zona”nın ətrafındakı hasarlar söküləcək

İraqın Baş naziri Məhəmməd əl-Sudani əsas dövlət və hökumət idarələrinin, səfirliklərin yerləşdiyi Bağdadın mərkəzində yerləşən “yaşıl zona”nın ətrafındakı bütün maneələrin aradan qaldırılması, hasarların sökülməsi barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

İraqın Baş nazirinin qəbul etdiyi qərara əsasən, “yaşıl zona”ya gedən bütün yollar açılmalı və blokdan çıxarılmalı, həmçinin paytaxtın mərkəzində bu blokun perimetri ətrafında əvvəllər quraşdırılmış bütün beton maneələr sökülməlidir.

Bir neçə gün əvvəl ölkə hökuməti Dəclə çayı üzərindən bu zonaya bitişik ərazilərə aparan iki körpünün açılmasına göstəriş verib.

Qeyd edək ki, bu ərazi dəfələrlə raket və minaatanlardan atəşə tutulub, müxtəlif siyasi qüvvələri dəstəkləyən yarımhərbi qruplaşmaların hücumuna məruz qalıb.

Şərhlər

Nəzərov Təvəkkül 2023-01-08 07:47:30

Gün o gün olsun ki, Bakı şəhərində də yaşıllıqların hasarların sökülməsinə başlanılsın, Xəzər dənizinin sahilində hasarların sökülməsinə qərar verilsin, iş sona kimi icra olunsun. Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol