Menu

Moskvada yaşayış binasında partlayış - Ölənlər var + VİDEO

08.01.2023, 17:30
Moskvada yaşayış binasında partlayış - Ölənlər var + VİDEO

Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb.

İnsident yanvarın 8-də günorta saatlarında Dmitri Ulyanov küçəsindəki 19 mərtəbəli binada yaşanıb. Məlumata görə, partlayış 14-cü mərtəbədə olub.

Partlayış nəticəsində mənzilin şüşəsi qırılıb və yanğın başlayıb. Təcili yardım xidmətləri hadisə yerində 3 nəfərin cəsədini aşkarlayıb.

Xilasedicilər partlayışın nəticələrini aradan qaldırmağa davam edirlər.

Paytaxt Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol