Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradıldı

Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyinin İcmanın müxtəlif strukturlarında təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşü keçirilib.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindın bildiriblər ki, görüşdə İcmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli görüşün məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriya üçün çatdırılma zərurətindən və üsullarından bəhs edib.

Bir neçə saat davam edən müzakirələr zamanı mövcud problemlərin bütün aspektləri nəzərdən keçirilib.

Müzakirələrdə İcmanın sədri, deputat Əziz Ələkbərli, İcma sədrinin müavini, deputat professor Hikmət Babaoğlu, İcmanın şöbə müdiri Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, professor Fərrux Rüstəmov, professor, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, tanınmış tarixçi alim Nazim Mustafa, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli iştirak və çıxış ediblər.

Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi qərara alınıb. Komissiyanın işinə rəhbərlik Qərbi Azərbaycan İcması sədrinin müavini, deputat professor Hikmət Babaoğluya tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar