Menu

Ukraynada Rusiyanın Ka-52 helikopteri vurulub

09.01.2023, 09:24
Ukraynada Rusiyanın Ka-52 helikopteri vurulub

Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir Ka-52 hücum və kəşfiyyat helikopterini məhv ediblər.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Mərkəz” Hərbi Hava Komandanlığı Feysbukda məlumat verib.

“Yanvarın 8-i günorta saatlarında zenit-raket alayının hərbçiləri düşmənin daha bir helikopterini məhv ediblər”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol