Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən humanitar yardım təşkilatları əfqan xalqına həyati xilasetmə xidmətləri göstərməyə davam etmək üçün qadın işçilərin dəstəyinə ehtiyac duyur.
“Khaama Press”in xəbərinə görə, BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib ki, əfqan qadınlarının işdən çıxarılması 28 milyon əfqana humanitar yardımın göstərilməsini dayandıracaq. O, deyib ki, qadın işçilərə qoyulan məhdudiyyətlər aradan qaldırılmasa, BMT-nin Əfqanıstana yardım proqramlarını dayandırması ehtimalı yüksəkdir.
Yardım proqramlarının dayandırılması ölkədə növbəti fəlakətli humanitar böhrana səbəb ola bilər: “Qadınların iştirakı olmadan biz ən çox ehtiyacı olan humanitar dəstəyimizi Əfqanıstan cəmiyyətindəki qadınlar və qızlar da daxil olmaqla ən təcrid olunmuş qruplara çatdıra bilmərik. BMT və Beynəlxalq Birlik Əfqanıstanın vədlərinə etibar edə bilməz, çünki onlar qadınların və qızların hüquqları ilə bağlı vədlərini yerinə yetirməyiblər”.
AzPolitika.info


Şərhlər