Menu

KTMT Ermənistanın əvəzinə digər üzv dövlətlərin ərazisində təlimlər keçirəcək

10.01.2023, 14:19
KTMT Ermənistanın əvəzinə digər üzv dövlətlərin ərazisində təlimlər keçirəcək

KTMT Ermənistanın əvəzinə təşkilata üzv olan digər dövlətlərin ərazisində təlimlərin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahı məlumat yayıb.

Bildirilib ki, KTMT Ermənistan Müdafiə Nazirliyindən qurumun 2023-cü ildə respublika ərazisində planlaşdırılan təlimlərin məqsədəuyğun olmaması barədə məlumat alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol