Menu

Bakıda daha bir mərkəzi yol bağlandı

15.11.2014, 11:16
Bakıda daha bir mərkəzi yol bağlandı

Bakıda daha bir mərkəzi yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Tbilisi prospekti - kənar yolda Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar (yol genişlənməsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti - Əsas yoldan (yol ötürücüsü ilə) və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol