Menu

Azərbaycan Ombudsmanının maaşı artırılıb

12.01.2023, 19:50
Azərbaycan Ombudsmanının maaşı artırılıb

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

Şərhlər

RR 2023-01-13 02:50:33

Yaziqin côrek almaqa pulu yoxdudaaa

Rasim 2023-01-12 21:55:21

Hele bunlarin uzu de var?

Asif 2023-01-12 21:23:13

))))))

Əfqan 2023-01-12 20:23:48

Buyy niyə belə az ?

İ.M. 2023-01-12 20:10:58

Aylıq gəliri 5050 manata gəlib çatır !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol