Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.
"Report"un xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
İki cür insan var ki, onlarda iman olmur. Bunlardan biri sələm verəndir, digəri isə evini kirayə verən. Bakı bu cür imansızlarla doludur. Sələmçinin insanlıqdan çıxdığını bilirik. Amma kirayəçi ondan da betər oilur. Hamısının da xasiyyəti eyni, şərtləri eyni cür olur. Pulu bəri-başdan ödə. Axşam 8-dən gec gəlmə. 10- lük “lambuçka” yandırma. Qaza “xod” vermə. “Vayfayın kodu”nu istəmə . Evə qonaq gətirmə. Tualetdə yatma. Suyu polnu açma. Hamam növbəsinii pozma. Çiməndə isti suyun altında şellənmə. Bizim duşavoya girmə.
Bəli, evsiz insanların böyük əksəriyyəti acgöz və nadan adamların əsarəti altına düşüb bu cür alçaldıcı və dözülməz şərtlər altında yaşayırlar. Kasıbçılıq onları nadanlara boyun əydirir. Kaş elə bir ölkəmiz olaydı ki, orada ev dərdi çəkən olmaya idi. Mən əminəm ki, həmin evin kirayəçilər üçün nəzərdə tutulmuş hamamı buzxanadır və ora üfunətdən baş salmaq mümkün deyil.
Bir sözlə ev sahibləri həbs edilməlidir. Ər-arvad ikisi də. Çünki dəm qazının daxilə sızmasını bu iki əclaf bilməmiş deyillər.
Mənzillərə verilən qaz son bir həftədir ki,qırmızı rəngdə yanır.Güman ki təmizlənmir,həm də biclikdən istifadə olunur,yəni qaza hava qatılır.Hər iki halda təhlükəlidir.Adamlar,artıq çaydanın altında yanan qazdan da zəhərlənib ölə bilərlər.Allah günahkarın bəlasını versin!