Menu

Suriya Prezidenti İran XİN rəhbərini qəbul edib

14.01.2023, 18:16
Suriya Prezidenti İran XİN rəhbərini qəbul edib

Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

İranlı nazir Suriya dövlət başçısı ilə görüşdən qabaq Dəməşq Beynəlxalq Hava Limanında deyib ki, danışıqlar zamanı regional və beynəlxalq problemlər, həmçinin ikitərəfli əməkdaşlıq müzakirə olunacaq: “Səfərin məqsədi qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin əlaqələndirilməsidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol