Menu

Dneprdə ölənlərin sayı 17 nəfərə çatıb - Şəhərdə 3 günlük matəm elan edilib

15.01.2023, 09:38
Dneprdə ölənlərin sayı 17 nəfərə çatıb - Şəhərdə 3 günlük matəm elan edilib

Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 73 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Onlardan 14-ü uşaqdır. Axtarış-xilasetmə işləri davam edir.

Dnepr şəhərində yaşayış binasına raket düşməsi nəticəsində yaranan insan tələfatına görə 3 günlük matəm elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol