Menu

Əfqanıstan parlamentinin keçmiş deputatı Kabildəki evində öldürülüb

15.01.2023, 13:53
Əfqanıstan parlamentinin keçmiş deputatı Kabildəki evində öldürülüb

Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər. "Report" xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Mürsəl Nəbizadə gecə saatlarında Kabilin şərqindəki evində öldürülüb. Silahlı hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.

Kabil polis idarəsinin katibi Xalid Zadran qətllə bağlı məlumatı təsdiqləyib. O, "Taliban" təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol