Menu

Türkiyədə 8 ölkənin iştirakı ilə "Qış-2023” adlı hərbi təlim keçirilir

17.01.2023, 11:33
Türkiyədə 8 ölkənin iştirakı ilə "Qış-2023” adlı hərbi təlim keçirilir

Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Təlim fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol