Menu

Fələstinli İsrail hərbçisinə atəş açıb, bir nəfər ölüb

17.01.2023, 15:30
Fələstinli İsrail hərbçisinə atəş açıb, bir nəfər ölüb

Fələstinli İordan çayının Qərb sahilində, Xevron şəhəri ərazisində İsrail Müdafiə Ordusunun hərbçisinə açdığı atəşin qurbanı olub.

“Report” xəbər verir ki, məlumatı yanvarın 17-də “Yedioth Ahronoth” qəzeti yayıb.

Bildirilib ki, hadisə Xalqul şəhəri yaxınlığında İsrail hərbçiləri nəqliyyat vasitələrində yoxlama keçirən zaman baş verib. Bu zaman silahlı fələstinli hərbçiyə atəş açıb, qarşı tərəf ona cavab verib. İsrail tərəfinin itki vermədiyi bidirilib. Fələstinli isə hərbçinin açdığı cavab atəşi nəticəsində ölüb.

Vurğulanıb ki, öldürülən fələstinli əvvəllər İordan çayının Qərb sahilində Fələstin təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol