Menu

Xankəndinə təbii qazın verilişi dayandırılıb – Vardanyanın "müşaviri" Azərbaycanı ittiham edir

17.01.2023, 17:03
Xankəndinə təbii qazın verilişi dayandırılıb – Vardanyanın "müşaviri" Azərbaycanı ittiham edir

Xankəndində qaz təchizatı dayandırılıb.

Bu barədə separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın "müşaviri" Mesrop Arakelyan öz “Feysbuk” səhifəsində yazıb. O, qazın kəsilməsinin Azərbaycanın təzyiqləri ilə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, son həftələrdə Xankəndində bir neçə dəfə təbii qazın verilişində problemlər yaranıb. Azərbaycan tərəfi ittihamları rədd edir və kəsintilərin texniki səbəblərlə bağlı olduğunu bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol