Rusiya Prezidenti Vladimir Putin Ukraynanın potensial hücumlarına qarşı ehtiyat tədbirləri görüb.
“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Putinin əmri əsasında paytaxt Moskvanın iki fərqli nöqtəsində "S-400" müdafiə sistemləri yerləşdirilib.
Xəbərdə qeyd olunur ki, "S-400" hava hücumundan müdafiə sistemi təyyarələri, qanadlı və ballistik raketləri, o cümlədən orta mənzilli raketləri məhv etmək üçün nəzərdə tutulub.
Nəşr yazır ki, "S-400" sistemlərindən biri Moskvanın şimal-qərbindəki Rusiya Dövlət Kənd Təsərrüfatı Universitetinə aid tarlada, digəri isə şəhərin şimal-şərqindəki Sokolniki rayonu yaxınlığındakı Losiny Ostrov Milli Parkında yerləşdirilib.
Yerli sakinləri bildiriblər ki, son günlər Ukrayna cəbhəsində baş verən proseslər Rusiyanın ən böyük şəhərinin vurulacağıyla bağlı şübhələri artırıb.
“Putin Rusiyanın böyük şəhərlərinin vurulacağından qorxuya düşüb”,-deyə yerli sakinlər bildiriblər.
“AzPolitika.info”


Şərhlər