Menu

“ABŞ Pakistanın iqtisadi cəhətdən dayanıqlı olmasını istəyir” - Ned Prays

19.01.2023, 14:43
“ABŞ Pakistanın iqtisadi cəhətdən dayanıqlı olmasını istəyir” - Ned Prays

“ABŞ Pakistanı dəstəkləyir, lakin İslamabad və beynəlxalq maliyyə institutları arasında son danışıqlar aparılır”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində deyib və əlavə edib ki, Birləşmiş Ştatlar Pakistanın iqtisadi cəhətdən dayanıqlı olmasını istəyir.

Prays deyib ki, Vaşinqton İslamabada dəstək ola bilsə də, son danışıqlar Pakistan və beynəlxalq maliyyə institutları arasında aparılıb.

Praysdan ABŞ-ın hökumətlər səviyyəsində Pakistana iqtisadiyyatı yaxşılaşdıra biləcək bəzi təcili addımlar atmaq üçün hər hansı təkliflər verib-vermədiyi soruşulub. Sözçü, “pakistanlı tərəfdaşlarımızla bu söhbətlər çox vaxt texniki məsələlərlə bağlıdır. Çox vaxt bunlar Xəzinədarlıq Departamenti ilə pakistanlı tərəfdaşlarımız arasında müzakirə edilir” deyə cavab verib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol