VASİF TALIBOV İRANA TORPAQ SATIB?! – Naxçıvanın 21 hektar torpağı il yarım əvvəl İrana verilib! (ŞOK)

Naxçıvanda Vasif Talıbovun dönəmində yol verilmiş daha bir ağır dövləti cinayətin üstünü açırıq!

“AzPolitika.info”-ya daxil olan məlumata görə, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. min istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Ərazinin 2 il əvvəlki görüntüsü

Qeyd edək ki, “Dövlət sərhədi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

Dövlət sərhədi geri çəkiləndən sonrakı görüntü

“AzPolitika.info” araşdırıb ki, internetdə rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür (Foto yazıda təqdim olunur). Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Google.map-dan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İR-a məxsus olduğu göstərilir.

Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Məlumdur ki, Azərbaycanda dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr aparılmayıb, nə də ölkədə belə bir referendum keçirilməyib. Beləliklə, aydınlaşır ki, Respublikanın Şərur rayonunun Ərəbyenicə kəndi istiqamətindəki ərazisinin bir hissəsi (21 hektar) dövlətə qarşı ağır cinayət törədilməklə, İrana verilib. Naxçıvan rəhbərliyi bu addımı niyə atıb - ərazini satıb, bağışlayıb, yoxsa, hansısa başqa sövdələşmənin predmetinə çevirib, bu məlum deyil və təbii ki, buna Azərbaycanın müvafiq dövlət strukturları aydınlıq gətirməlidir.

“AzPolitika.info” saytı məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb. Lakin hələ ki, susqunluq nümayiş etdirilir.

“Dövlətə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməlidir!”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını “AzPolitika.info”-ya belə şərh edib:

“Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə, bir daha söyləyirəm, xalqımıza qarşı bu ağır cinayətin törədilməsi təsdiq olunarsa, dərhal deputat istintaq qrupu yaradılmalı, məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə şıxarılmalı, İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılması tələb olunmalıdır”.

Mövzuya qayıdacağıq.

“AzPolitika.info”

635x100

Şərhlər

dadaşyev 2023-01-23 00:37:40

Əşi bu daha lap ağ oldu da.Tutalım həqiqətən də farslar 21 hektar torpağımızı caynaqlarına keçirib,özü də cəmisi il yarım əvvəl,bəs Araz çayının önü tutulub məcrası dəyiçdiriləndə və orada lap burnumuzun dibində farslar avtomobil yolu çəkəndə bizim dövlət sərhəd xidmətimiz maraqlanmayıbmı ki,sərhədimizin lap ağzında bunlar belə nə tikib qururlar görəsən?Maraqlanmaya bilərmi?Düşmən ölkədi,bəlkə tunellər,səngərlər qazırlar Suriyadakı PKK-lılar kimi.Peyklə,dronla,binoklla,teleskopla,nə iləsə baxanda görməyiblərmi sərhəddimizin hansısa bir hisəsi dəyişib?21 hektar torpaq 21 dənə qozdu bəyəm fars xəlvət biz tərəfə keçib oğurlayıb qaçsın,bizim də xəbərimiz olmasın?Sərhədimizin dəyişdiyini görüncə Vasif Talıbovdan qorxub susublarmı?Dövlət Sərhəd Xidmətimiz,Dövlət Topaq və Xəritəçəkmə Komitəmiz Vasifə tabedirmi ki qorxsunlar ondan sussunlar?Ən azı Milli Məclisə məlumat verməli deyildilərmi?Axı Vasif Naxçıvan Ali Məclisinin sədri olaraq Milli Məclisin sədrinin birinci müavini idi,vəzifəcə ona tabe idi.Bu nə əcaiblikdi yau kardeşim?ARB24-də gedən verilişin aparıcısı Şəhla xanım demiş,”Nə baş verir?”Və ya yoldaş dadaşyev soruşur “Nədəəəbu?”

İlham 2023-01-20 22:42:44

Nə qədər sadəlövh insanıarımız var.Bu məsələlər YAP=ın mərkəzindən idarə olunur.Orada iisə həll edici orqan qetri AZərbaycanlılardan təşkil olunub ki,millət bunun acısını çəkir.

Cəmşid Dərələyəzli 2023-01-20 21:03:19

Yaxşı bes onda belə hallar olubsa əgər, Dövlətin aidiyyatı qrumları, hara baxıb o zaman. Yəni Azərbaycan o qədər böyük bir ölkədir ki, bu başından o başına xəbər çatmır. Hansı ki, vətəndaş öz evində divara mıx vurub papağını asmaq istəyəndə beş qrumdan beş nəfər dərhal kəsir başının üstünü. Yəni bizim dövlət qurumları bu qədər sayıqdırlar. Əslində mətbuatda və sosial şəbəkələrdə Naxçıvan olayları ətrafında mənşəyi bəlli olan və olmayan məlumatlarla bu gün dövlət küçük düşürülr və heç kim də bunun farkında belə deyil. Ola ki də indiki həssas bir dönəmdə. Naxçıvanda Vasif Talıbovun işdən götürülməsi Dövlət Başçısı tərəfindən aparılan kadr islahatlarının tərkib hissəsidir və keçmiş rəhbərin də hansı səhvləri edib- etməməsini araşdırmaq da dövlətin işidir.

Məzlum 2023-01-20 16:21:40

Soyurlar,talayırar,oğurlayırlar.xarici ölkələrə daşıyırlar.Güç strukturlatı ilə milləti sıxışdırıb küncə soxublar.Vicdanları susub

Şəkili 2023-01-20 12:35:00

Bir İnsan ki, 27-il vəzifə başında oturursa, deməli o dövləti cinayətə meyilli ola bilər .. Vasif Talıbov elə bilir ki, Naxçıvan torpağı dədəsinin malıdır, kimə istəsə verə bilər ? Rayonlarda da İcra Başçıları uzun müddətdir ki, kreslonu zəbt ediblər və bunu da düşünmək lazımdır Ki. artıq onlar rayonu özəlləşdiriblər, özlərini padşah kimi aparırlar, hər yeri qanunsuz özəlləşdiriblər ? Bunların qarşısı vaxtında alınmalıdır! 26 -il də İcra hakimiyyətinin birinci müavini işləmək olarmı ? Belə bir vəziyyətdə onu dceməyə əsas verir ki, rayonu onlar qanunsuz özəlləşdiriblər ?

nemat 2023-01-20 12:07:06

insan oz xalqina qarsi bu qeder zalim bu qadar nifrat bu qeder kin olarmi demali bu turk deyil xayanatin cezasi olumdur bu insanllar olume mehkum olmalidir

Gəncəli 2023-01-20 10:37:30

Köhnə klan tək Naxçıvanı tala edib dağıtmayırlar ki bütün Azərbaycanı çapöb talayırlar. Xalqın qalan hissəsi pis gündədir...

kamil 2023-01-20 10:33:09

Bütün bunlara məsul olan dövlət qurumları var ,qoy movqeyini bildirsinlər.

Hafiz 2023-01-20 09:57:33

Vasoya imkan verilib ki bu millətə nə divan tutursan tut,nə pislik edə bilisən et. Nə qədər bu xalqın pulunu oğurlaya bilirsən oğurla. ...

Vüsal 2023-01-20 05:48:12

İranla ticarət əlaqələrinə görə irana pay verib. Adamı yandıran vaxtında tədbir görülməməsidir.

Moshu 2023-01-19 23:24:33

Televizorların təzə çıxan vaxtı olub. Kənddə yaşayan bir nəfər televizor alıb Naxçıvana gətirir (bu Nehrəmlilərin lətifəsidir). Qonşular maraq göstərib soruşurlar bu nəmənədir, nə mənsəbə qulluq edir, adı nədir? Televizor sahibi cavab verir ki, əgər yaxşı göstərsə dədəmin adını qoyacam. Allah üzümüzə, hökumətimizin üzünə baxıb ki, Naxçıvanın adını dəyişib Vasifoqrad qoymayıb. Bəlkə də dünyada ikinci elə bir dövlət yoxdur ki, Azərbaycan qədər qanunlara sayqısızlıq göstərilir. Cinayətkarlar orden, medallarla təltif olunurlar, deputat kürsüsünə otuzdurulurlar, cinayətkarsansa, buyur yuxarı başa. Bu köpəkoğlunun və bunu kimilərinin dəriləri soyulmalıdır. Bu yazıları oxuduqca adamın ürəyi bulanır.

ƏNHU 2023-01-19 20:31:27

İXTİSASCA İBTİDAİ SİNİF MÜƏLLİMİNİ_İBTİDAİ ZƏKA SAHİBİNİ ALİ BİR MƏCMUƏNİN BAŞINA BAŞÇI QOYANDA BELƏ OLMALI İDİ. BU CÜR FAKTLAR BİR-BAŞA DÖVLƏTİ VƏTƏNDAŞIN GÜZÜNDƏN SALIR. ÇÜNKİ BELƏ HALLAR ANCAQ HAKİMİYYƏT CİDDİYYƏTİNİN VƏ DÖVLƏT ƏRKANININ OLMADIĞI YERDƏ TƏZAHÜR EDƏ BİLƏR.

Vahid 2023-01-19 19:56:47

Torpaq İrana verilende Bakı hara baxırdı.

t.ədalət 2023-01-19 19:33:51

Vaso Talobini ömürlük həbs etməklə iş bitmir.İlkin olaraq itirilmiş ərazini geri almalıyıq.Hazırda iş bu istiqamətdə getməlidir.

onu bağışlamaq olmaz. 2023-01-19 18:47:04

.......... hərəkətinə bir bax! Sözsüz o edam edilməlidir ki, başqalarına görk olsun!

Baba 2023-01-19 18:37:26

VASIFI NƏ HƏBS EDƏCƏKLƏR NƏ DƏ Kİ MİLLƏTƏ ATDIĞI 100 MİLYARDLARI QAYTARIB XALQA VERƏCƏKLƏR. İİNDİ REKLAM XATİRİNƏ 1-2 DEPUTAT DANIŞIR 100 MİLYARDLARIN İZİNİ İTİRİRLƏR. O PULU OİNDAN ANCAQ XALQ TƏLƏB EDİB ALA BİLƏR. BİZ DƏ BİR XALQ KİMİ BUNU BACARMIRIQ. ONA GÖRƏDƏ.......................................

İliçevsk sakini 2023-01-19 18:08:42

Bəs magistral boyu ( Sədərək-Yerevan) 12 km ərazini 1970-19710ci ildə Ermənistaba kimsatıb və ya bağışlayıb?

Türkoğlu 2023-01-19 17:41:10

....... də ona Türk torpağını satmaq semiçka satmaq kimi bir şeydir. Yaxşı ki hələ Naxçıvanı .... etmədi. Türkiyə olmasa bunu edəcək idi.

Roma 2023-01-19 17:22:40

Əgər bu məsələ doğrudan da təsdiqini taparsa, onda DSX və onun rəhbəri olan general-polkovniki hara baxıbdır??? bu bir, 2-cisi, ümumiyyətlə, bu məsələdə günahı olan hər bir kəs, birmənalı olaraq, məqalədə qeyd olunduğu kimi, Dövlətə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməlidir!...

Moshu 2023-01-19 17:19:49

Səhv etmirəmsə, ötən əsrin 20-ci illərində parlamentdə çıxış edən Əli Heydər Qarayev, Qarabağı ermənilərə verməyi təklif edəndə, Nəriman Nərimanovun cavabı çox ağır olur: "Əli Heydər, Qarabağ sənin g.... deyil, hər istədiyinə verəsən". Ay Vasif, Naxçıvanın ərazisi sənin g......... ki, hər istədiyhinə verəsən? Hörmətli Admin, Vasifdə o g.. yoxdur ki, bunu özbaşına etsin, onun başbilənləri, “ağsaqqalları” onu bu hərəkəti etməyi məsləhət görüblər. Əgər bu hadisə İranda olsa idi, yəqin ki, mübahisəsiz edam olunardı. Beləsinə aman verilməməlidir. Onun özü, bu cinayət əməlində iştirakı olan hər kəs cəzasını almalıdır. Onlar ermənidən betərdilər. Fikrimcə, ölkə başçısı tək Vasif Talıbov deyil, onun bütün ətrafının (subyektlərin sayı o qədər çoxdur ki, bir yazıya sığası deyil) cəzalandırılmasına nail olmalıdır, əks təqdirdə 44 günlük qalibiyyətimizə bir quş.

Eli 2023-01-19 17:04:12

Demeli ölkede gülmeli,daha doğrusu ağlamalı hadiseler bsş verir:dövletin tehlükesizliyine qesd edilir lakin dövlet qurumları ise susur tedbir görmür ve ya bu işin birbaşa iştirakçısına çevrilir, bunu nece başa düşmek lazımdır,eger heqiqeten de bu fakt varsa.

Son yazılar