Rusiya vətəndaşı ola-ola vəzifəyə təyin olunmalıdır!
Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.
Bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün mediada məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə.
Dünən material dərc olunduqdan sonra “Qafqazinfo”ya Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.
İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola.
Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.
Fotoda: Heydər Əliyev prospektindəki binalar
.jpg)
Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var.
Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina
.jpg)
Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina
.jpg)
E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.
.jpg)
Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.
Mövzu ətrafında araşdırmalarımız davam edir. (“Qafqazinfo”)

Şərhlər
Faktlar var idisə.onda niyə müvafiq orqanlar hərəkətsiz qalıblar ? Buna niyə hakimiyyət reaksiya verməyib?
Guya bundan Azərbayan hakimiyyətinin xəbəri,məlumatı olmayıb?Niyə zamanına ölçü götürülməyib?Deməli torbada plşik var.Bunlar hamısına bilərəkdən yol verilib,Sadəcə mətbuata buraxılmayıb.Niyə?
Allah Prezidentimizi və Xalqımızı qorusun!!!
Slavyan universitetinin prorektoru işləyərkən Primakov üçun təntənəli yubiley keçirən Sahibə Qafarovanın Rusiyanın adamı olmagına şübhənizmi var?!
Hem moskva, hede tehran Bakiya bir yetim, bashiqapazli ushaq kimi baxib, bize hec kim komek etmeyecek, ozumuzden bashqa. Yegane yolumuz hakimiyyetle xalqin hemreyliyinden kecir!
İmkanları olsa qəbirə pəncərə qoyub, qəbirdə də pul yığarlar.
Korrupsiya axır ki, bu millətin axırına çıxacaq. Allah Azad Rəhimovun qonşuluğunda uyuyanların hamısına rəhmət eləsin. Bilmirəm bu rəhmət payından ona da düşürmü? Bunu ALLAH biləsidir. Bu Elçin Həsənov kimdir ki, Rusiya vətəndaşı olaraq Azərbaycanda at oynadır? Dərin yoxlamalar aparılsa Azad Rəhimovun atasına rəhmət oxuyacaqlar. Bilmirəm, bu cinayət xarakterli bu qədər yazırlar, bu qədər şərh verilir, Baş Prokurorluq haraya baxır? Vəzifəyə münasibət bir-iki nəfər müəllimi məsuliyyətə cəlb etməklə bitirmi? Hər kəs öz vəzifəsinə layiqincə aparsa nə rus evi məsələsi, nə Müdafiə Nazirliyində mənimsəmələr olar, nə də rüşvətə bulaşmış məmurların həyasızlığı baş verər. Hamı Prezidentə sadiq olduqlarını bəyan edirlər, əfsuslar olsun ki, bunlar söz olaraq qalır.
Ölkənin bütün nazir və bütün məmurları vəzifəyə təyin olunan andan ancaq öz uşaqları, arvadları, qayınları və baldızları haqda düşünürlər. Bütün hallarda baldız və bacanaq dövlət və millət anlayışından yüksəkdə tutulur.Nazirlər qohum-əqrabanın, dost-tanışın könlünü xoş etmək üçün əlinə düşmüş fürsətdən maksimum yararlanır.Onu demək istəyirəm ki, hamı düzələcək bizdən başqa. Biz yüksək dövlət strukturlarındakı postlar ancaq neqroid irqinə mənsub insanlar təyin etməliyik ki, onun bu ölkədə heç bir qohumu olmasın və Azərbaycan xalqı bu bəladan xilas olsun. Baunu etməyə nə var ki. 2 vuraq ikidir. Bunu etməsək biz düzəlməyəcəyik.
Bunu mənə niyə deyirsiz? Əlaqədar şəxslərədeyin. Mən , biz, kimik ki, tədbir görək? Bu da Azad Rəhimov. ...
Şəkildəki binalar *Olimpiya stadionu*ndan da öncə (Koroğlu* m.s.na yaxın tikilmiş, demək olar ki, ehtiyat istifadəsiz?) *Qlimpiya Kəndi*nə aid deyilmi?
Zamanında bütün bunları xüsusi xidmət orqanları bilməmiş deyildilər.Əcaba,bəs niyə susurdular.