Düz 20 il - 25 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olmuş 69 yaşlı Zakir Qaralov 5 ildir “təqaüdçü həyatı” yaşayır. Onun kimi fəaliyyəti birmənalı qarşılanmayan keçmiş iri məmurların hazırda nə ilə məşğul olması haqlı olaraq ictimai maraq doğurur. Digər yandan, ötən gün Baş Prokurorluq vaxtilə məşhur “Akkord” şirkətində Zakir Qaralovun şəriki olduğu iddia edilən İlqar Hacıyevə qarşı cinayət işi başlanması barədə məlumat yayıb ki, bu da sabiq baş prokurorun personasını gündəmə gətirir..
Məlum olduğu kimi, Zakir Qaralovun dövründə Baş prokurorun 2 dəfədən artıq təyinatına qadağa qoyan məhdudiyyət götürülüb, bu da Qaralovun karyerasının 20 ilini yüksək vəzifədə keçirməsinə şərait yaradıb.
Zakir Qaralovun dövründə Azərbaycanda bir sıra səs-küylü hadisələr baş verib. Sözsüz ki, onların sırasında 2004-cü il martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi, 2009-cu il aprelin 30-da ADNA-da 13 nəfərin həlak olması ilə nəticələnən terror aktı, 2015-ci ilin 19 mayında Binəqədi rayonunda dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfərin yaralandığı yanğın hadisəsi, 2015-ci ilin oktyabrında Rabitə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan əməliyyatlar ilk sırada gəlir. Həmçinin, “Hacı Məmmədovun işi”, general Rail Rzayevin qətli(üstü hələ də açılmayıb), hərbçilərimizə kütləvi işgəncələrin verilməsi nəticəsində 10-dan artıq insanın vəfat etməsi ilə bağlı istintaq araşdırmaları yenilənən “Tərtər işi” də (2017-ci il) Qaralovun Baş prokuror olduğu dövrə təsadüf edir.

Qeyd olunan cinayət işlərinin istintaqı zamanı külli miqdarda dövlət əmlakının talan olunması, vəzifədən sui-istifadə, sahibkarlara qarşı quldurluq cinayətlərinin törədilməsi kimi onlarla fakt üzə çıxıb. Eldar Mahmudovun nazir olduğu dövrdə, general Akif Çovdarov, MTN Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, Antiterror İdarəsinin rəisi general Elçin Quliyev və s. vəzifəlilərin iş adamlarını şantaj, hədə-qorxu və digər cinayət vasitələri ilə həbs etdiyi, müflisləşdirdiyi üzə çıxıb. Sonradan bu dəstələrin əməllərindən zərərçəkənlər məhkəmlərə üz tutdu, onların bəziləri ədalətin təmin olunmasına nail oldu.

Həmin dövrdə MTN-də sahibkarlara qarşı düzülüb-qoşulmuş cinayət əməllərinin qondarma ittiham aktlarının hamısı Baş Brokurorluq tərəfindən imzalanıb. Yəni, bu sənədlərdə Zakir Qaralovun və onun birinci müavini, hazırda istefada olan Rüstəm Usubovun imzaları var. Amma MTN ləğv olunduqdan sonra adıçəkilən generallar və digərləri cəzalandırılsalar da Qaralov və Usubov məsuliyyətdən yayına bildilər. Onlardan bu saxta ittiham işlərini niyə imzaladıqları rəsmən soruşulmadı. Jurnalistlər bu barədə bir neçə dəfə Zakir Qaralova suallar ünvanlasalar da onların üstünə çımxırmaqla bu sualları cavabsız qoymuşdu...
“Tərtər işi” üzrə yenilənən istintaq araşdırması zamanı işgəncə ilə öldürülmüş hərbçilər, habelə həbs edilənlərin bir qismi bəraət alıb, həbsdən azad ediliblər. Həbrçilərə işgəncə verənlər arasında da məsuliyyətə cəlb edilənlər var. Amma həmin dövrdə istintaqa rəhbərlik etmiş şəxslərdən məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməyiblər.

Qeyd edək ki, bəzi məlumatlara görə, istefaya göndərildikdən bir müddət sonra Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub. Amma o, hakimiyyətdəki əlaqələri və bir sabiq nazir vasitəsi ilə qadağanın ləğvinə nail olub. Bundan sonra bir neçə dəfə ölkə xaricinə, xüsusən Gürcüstana səfərlər edib. Bəzi mənbələr görə, hazırda Qaralov, obrazlı desək, az qala yarıgizli həyat yaşayır, qohumları, yaxınları ilə əlaqə qurmur, hətta yaşadığı evləri tez-tez dəyişir. Onun Bakıda və ətraf qəsəbələrdə xeyli sayda mənzilləri, bağ evləri, villaları olduğu məlumdur...
Keçmiş baş prokuror vəzifədə olduğu dövrdən tikinti sektoruna böyük yatırılmlar qoyub və etibar etdiyi bir şəxs vasitəsi ilə hazırda da onları idarə edir. Mənbələr bildirir ki, Qaralov hazırda tikinti sektorunda fəaliyyətini davam etdirir, yaşayış binaları tikir. Onun biznesinin dəyəri isə on milyonlarla manatla ölçülür...
Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun da təqaüddə əsas məşğuliyyəti tikinti sektorudur. Onun bu sahədə bir neçə şirkəti olduğu, Bakıda və bölgələrdə binalar tikdiyi, ticarət obyektlərini idarə etdiyi qeyd olunur.

Beləliklə, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun təbirincə desək, Qaralov və Usubov “uğurlu şəkildə istefaya gedib” həyatlarını rahat yaşamağa davam edirlər, onları nə dindirən var, nə də söylədən... Amma onların əməllərindən bilavasitə və dolayı zərər çəkən, həyatı alt-üst olan çoxlu sayda insanlar var ki, keçmiş baş prokuroru və onun sevimli müavinini heç də xoş hislərlə xatırlamırlar.
Yeri gəlmişkən, onu da əlavə edək ki, Qaralovun şəriki olduğu iddia edilən “Akkord”un keçmiş sahibi İlqar Hacıyevi ölkəyə gətirib istintaqa cəlb etmək mümkün olsa, onun da sabiq baş prokuror barədə kifayət qədər şok ifadələr verə biləcəyi şübhə doğurmur...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Niyə bunların və bunlar kimi digərlərinin əməllərinə uzun illər lazımi qiymət verilməyib,cinayətləri gizlədilib,oğurladıqları vəsaitlər konfiskasiya olunmayıb?Bu gün də keylərindədirlər.
Bunlar hansı yolla və kimlərin vasitəsilə Azərbaycana gətirilib vəzifələrə qoyulub,əməlləri mühafizə olunub və indiyə qədər də əməllərinə cavab verməyə dəvət olunmayıblar?Belə özbaşına buraxılmalarının səbəbi nədir?Niyə Prezident,Baş Prokuror,Daxili işlər naziri,DTK kənardan baxaraq onların yaramaz və qanunsuz əməllərinə,mənimsədiklərinə laqeyidlik göstərməkdə davam edirər?Bunun səbəbi nədir?
Rüstəm Usubovun əmisi oğlu elxan Usubov düz 15 ildir ki, Şəkinin İcra başçısıdır.....?????
Azərbayana soxuşlmuş ad.soyad və ya soyad sonluğunu dəyişən erməni,yezidi kürd qarışıqları Azərbaycan xalqına zülm,əziyyət verməyi özlərinə peşə ediblər....
bunlarda haradandır milyonlar ki tikinti biznesinə girişiblər , xaricdə ( Fransada ) evlər alıblar ?
bu adamlar ömrü boyu dövlət işində olub, maaş alıblar.
Dirdiranin dostu zirzira olar. Bütün mənfi sözlər bu iki insanin razmerinə uygun ölçülüb.
təcridxanada intihar etmiş ilqar əliyevdən soruşanda ki, eldar mahmudovun insanları şər. böhtanla həbs etməsindən zakir qaralovun xəbəri varmı?o dedi ki, zakir qaralov telefonla eldar mahmudovla danışanada ayaqüstə durur.eldar mahmudovun razılığı olmasa onu mtn-nin ərazisinə buraxmazlar.
belə məmurlar Azərbaycan xalqını zillətdə yaşamağa məcbur ediblər...Azərbaycanda Yusif aıd (Yusif peyğəmbər)ı olub və var..Heç kim evladına Usuf adı qoymayıb.Amma ermənistanda Usubyan soyadlı istənilən sya erməni var.Qadal soyadının a haradan ortaya çıxması olduqca şübhə doğuran haldır.....
Təsəvvür edirəm neçə-neçə günahsız insanlarımızı bu “vətəndaşların hüquqlarını qorumalı olan” cütlük ailələri başsız, uşaqları yetim qoyub böyük günaha batıblar. Şərhləri izləyirəm, hüquqları pozulmuş çoxsaylı vətəndaşlarımız səslərini içinə atıb bir nəfər də olsun pozulmuş hüquqları barədə bircə kəlmə də olsun işıqlandırmağa özlərində cürət tapmırlar. Fikrimcə, Azpolitika bu yazını gündəmdə saxlasa bəlkə də şərhlərin sayı çoxala. Vaxtı ilə Konstitusiyamızda prokurorluq ümumi nəzarəti həyata keçirirdi. Sonradan kiminsə “XEYİR-DUASI” ilə bu maddə Konstitusiyadan çıxarılmışdır. Azərbaycan prokurorluğu işçilərinin etik davranış Kodeksinin 3-cü maddəsində qeyd edilir ki, hər bir prokurorluq işçisi bu vəzifənin məsuliyyətli və şərəfli bir iş olduğunu, ədalət mühakiməsinin həyata keçirilməsində onun rolunu nəzərə alaraq, öz xidməti fəaliyyətində üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etməli, qanunlara, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, bu hüquq və azadlıqları təsbit edən milli və beynəlxalq standartlara ardıcıl və müntəzəm riayət etməli, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, prokurorluq işçisi adını uca tutmalı, şərəf və ləyaqətini qorumalıdır. Bildiyim qədər, Zakir Qaralov özü bu kodeksi daxili əmri rəsmiləşdirib. Görəsən bu iki vəzifəli şəxslər: boş prokuror və onun gülməşəkər müavini bircə dəfə bu kodeksin müddəalarına ötəri də olsa gözlərinin ucu ilə baxıblarmı? Daha sonra, həmin Kodeksin 5-ci maddəsində qeyd edilir ki, prokurorluq işçisi bütün hallarda elə fəaliyyət göstərməlidir ki, hər bir şəxs üçün nümunə kimi qəbul edilmiş olsun.
Növbəti 16-cı maddədə isə göstərilir ki, prokurorluq işçisi özünə qarşı tənqidi olmalı, qeyri-etik davranışa yol verməməli, belə hal olduqda isə səhvini etiraf etməklə onun aradan qaldırılması üçün tədbirlər görməlidir. Görəsən Zakir Qaralov “AKKORD” şirkətlər qrupunu yaradanda bu Kodeksin bəzi müddəalarından xəbəri vardımı? Görəsən o, Kodeksin 30-cu maddəsinin və 5-ci fəslinin müddəalarından məlumatlı idimi? Suallar çox, cavabı isə yoxdur. Məqalədə qeyd edilən sayı hesabı bilinməyən cinayət hadisələrinin baş verməsində onun özünün rolu, daha dəqiq desək fəaliyyətsizliyinə qiymət verilibmi? Aydınlaşdırılması tələb olunan çoxsaylı suallar var. Elə bil ki, ölkədə hamı bir biri ilə cinayət əlaqəsindədir. Hamı bir-birini sığortalayır, bir-birinin cinayətini ört-basdır edir. Axırımız hara gedir? Fərqində varsınızmı? Konstitusiyamızda qeyd edilir ki, Azərbaycan hüquqi dövlətdir. Bəlkə vətəndaşlarımız öz şərhləri ilə bu məsələyə aydınlıq gətirələr.
Hələ bu harasıdır?! Vaxt gələcək elə əməllərin üstü açılacaq ki, damarlarımızda qanımız donacaq!
Donald Tramp (nəhəng bir dövlətin nəhəng prezidenti) ABŞ-ın cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq prezidenti olub. Keçmiş lider və hazırkı 2024-cü il Respublikaçılar Partiyasından prezidentliyə namizəd biznes qeydlərini saxtalaşdıran 34 fakt üzrə özünü təqsirli bilməyib.
Xorvatiyada keçmiş baş nazir İvo Sanader korrupsiyada təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda cəzasını çəkir.
Fransada iki keçmiş prezidentə qarşı ittiham irəli sürülüb.
Birincisi, 2011-ci ildə korrupsiyada təqsirli bilinən və 2 il şərti həbs cəzası alan Jak Şirak idi. O, həmçinin Paris meri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə, etibardan sui-istifadə və mənimsəmədə təqsirli bilinib.
İkincisi Nikola Sarkozi idi: 2021-ci ildə onun korrupsiya və nüfuz alverində əli olub. O, 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.
İtaliyada keçmiş baş nazir Silvio Berluskoni 2021, 2022 və 2023-cü illərdə keçirilən üç məhkəmə prosesində rüşvət ittihamı ilə bəraət qazanmışdır.
Portuqaliyada keçmiş baş nazir Xose Sokrates korrupsiya ittihamları ilə üzləşdi, lakin hakim 2021-ci ildə çirkli pulların yuyulması ilə bağlı daha az ittihamları dəstəkləyərək onları işdən azad etdi.
Çərşənbə günü Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Filippinin keçmiş prezidenti Rodriqo Duterteni "narkotiklərə qarşı müharibə" siyasətinin bir hissəsi olaraq hakimiyyəti dövründə həyata keçirdiyi vəhşi anti-narkotik reydlərə görə bəşəriyyətə qarşı cinayətdə ittiham edən order əsasında həbs edilmişdir. Duterte son üç ildə Haaqa məhkəməsinə gətirilən ilk nüfuzlu siyasətçi olmuşdur. Onun yaxın günlərdə ilk dəfə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Bu kiçik tarixçə onu deməyə asas verir ki, normal dövlətdə heç kim heç nədən sığortalanmayıb. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər bir kəs törətdiyi əmələ görə məsuliyyət daşıyır.
Bəlkə də Azərbaycan yeganə dövlətdir ki, istəyirsən dövləti çap tala sənə gözün üstə qaşın var deyən olmayacaq. Azərbaycanda bir növ cəzasızlıq mühiti hökm sürür. Vəzifədə olan nazir, rəis, günüral düşünür ki, ona neynədilər ki, mənə də neynəsinlər. Nə qədər ki, ölkədə hər kəs törətdiyi əməlin bədəlini ödəməyib, ALLAH betərindən saxlasın. Belələrinin yeri KÜRDƏXANIDIR.
Bunlarl kim haradan çıxarıb vəzifəyə niyə təyinedib.niyə onların xatirinəə qanunda dəyişilkik edib 20 il qanunssuzluqla məşğul olmalarına imkan verib və bu günə qədr də onlar niyə sorğuya cəlb olunmayıblar.Bax bu ciddi güzəştlərin nə məqsədlə edildiyini kim araşdırmalıdır?Guya hakimiyyət bu hallatı görmürdü və ya bilmirdi ?.niyə Azərbaucan bu günə salınıb?
Hörmətli Rasim , bunun üçün Qaralovu DTX-ya aparmaq lazımdır