Menu

Xəstə ermənilər Xankəndindən Ermənistana aparılıb - FOTO

21.01.2023, 09:37
Xəstə ermənilər Xankəndindən Ermənistana aparılıb - FOTO

Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndindən Laçın istiqamətində gedən BQXK-nın 5 minik avtomobili və 1 yük avtomobili keçib. Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb. BQXK-nın maşınlarının içində xəstəliklə əlaqədar erməni əsilli şəxslər Xankəndindən Ermənistan ərazisinə aparılıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol