Menu

İran hökuməti Güney Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım etmir

21.01.2023, 13:50
İran hökuməti Güney Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım etmir

İran hökuməti Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə heç nə ilə yardım etmir.

“Report” xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı mənbələr məlumat yayıblar.

Bildirilib ki, Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinə aidiyyəti dövlət orqanları heç bir yardım çatdırmır. Soyuq qış günlərində bölgədə baş verən təbii fəlakət nəticəsində zərər çəkən əhaliyə yardım edən yoxdur. Hakimiyyətin onlara laqeyd münasibətindən şikayət edən sakinlər bildiriblər: “Telefon zənglərimizə cavab verən yoxdur, hətta bir ədəd çadır da vermirlər”.

Zərəçəkənlərin sözlərinə görə, İranın Qızıl Aypara Cəmiyyəti və başqa orqanların nümayəndələri zəlzələdən dağılan bölgəyə heç baş da çəkməyiblər.

Qeyd edək ki, yanvarın 18-də Xoyda 5.4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 15-dən artıq kəndə ziyan dəyib, evlər uçub, 400-dən çox insan yaralanıb.

Qərbi Azərbaycan Mənzil Fondunun baş direktoru Cəfər Bərzgərın sözlərinə görə, 48 bina tamamilə yenidən tikilməli, 20-80 faiz zərər görən tikililər isə təmir edilməlidir.

Şərhlər

ƏNHU 2023-01-21 22:45:26

Mən elə bilirdim ki, bu dünyada xalqları həbs edən əsasən Rusiyadır.Heç demə İran ondan min-qat betər imiuş. İranın ucqarlarında elə milli toplumlar var ki, onların, nəinki evləri yoxdur və heç zaman da olmayacaq, hətta tülkünün-caqqalın yuvası bu insanların yatıb-durduqları yerdən daha yaxşıdır. Bəzi əyalətlərdə isə hətta və hətta adamlar təndirə oxşar bir şey düzəldib içinə girir və bunu ev hesab edirlər. Vətədaşını irqlərə bölən, insan övladını ibtidai və əzablı şərtlər altında yaşatmaqdan həzz alan bir zehniyyət sahibləri ilə təbəssümlə danışmaq, ona nəzakət sərgiləmək əbəsdir. Deməyim odur ki, biz Quzey Azərbaycan olaraq millətimizə sahib çıxmalıyıq. Anlamalıyıq ki,onlar əsarətə alınıb. Edamla qorxudulub. Bu belə davam edə bilməz. Və bunun hansısa bir yolu tapılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol