Menu

Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırılıb

21.01.2023, 15:31
Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırılıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol