Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışlar aparıb və icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlayıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Ukrainska Pravda” nəşri öz mənbələrinə istinadə məlumat yayıb.
İstintaq Cinayət Məcəlləsinin 364-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 368-ci (vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə) maddələri ilə aparılır.
Cinayət işi 2022-ci ilin sentyabrından aparılır.


Şərhlər