Menu

"Pensiyaların səhv hesablanması ən çox 2020-ci ilə qədər baş verib" - Musa Quliyev

23.01.2023, 11:40
"Pensiyaların səhv hesablanması ən çox 2020-ci ilə qədər baş verib" - Musa Quliyev

Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, 2020-ci ildən sonra səhv ödəmələrlə bağlı göstəricilər cüzi olub: “Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”.

Deputat Jalə Əliyevanın pensiyaların artıq hesablanmasında müvafiq qurumların əməkdaşlarının da səhvinin olması ilə bağlı məsələyə münasibət bildirən M.Quliyev bildirib ki, qanunvericiliyə əsasən vəsaiti kimi alıb xərcləyibsə o da qaytarmalıdır.

Şərhlər

Əliəddin 2023-01-23 16:05:56

Bu sadəcə rüsvayçılığın təntənəsidir. Ən adi hesablamanı aparmağı bacarmayanları haradan tapıb DSMF orqanlarına doldururlar. Bu təşkilatdakı qanunsuzluqların, rüşvətxorluğun miqyasdını təsəvvür etmək belə dəhşətdir. Qanunlar da o qədər savadsız, başdansovdu yazılır ki, bu günahların yarısı, DSMF məmurlarındadırsa, yarısı bizim DİBDAT bəylərdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol