Menu

"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir" - Musa Quliyev

23.01.2023, 12:28
"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir" - Musa Quliyev

"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, sosial müdafiə siyasətindən danışanda həmişə aktiv sosial müdafiə tədbirlərini önə çəkmək lazımdır:

"Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim".

"Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əməkhaqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi" - komitə sədri vurğulayıb.

Şərhlər

Əliəddin 2023-01-23 16:10:34

O millətlər bədbəxtdirlər ki, Musa Quliyev kimiləri illərdir ki, deputat kreslosunu İŞĞAL EDİB, oradan qızılgülü gözlüyü ilə millətə baxır.

Veteran 2023-01-23 15:29:13

Musa quluyev sən və sənin kimilərin bu xalqdan çırpışdırdıqlarınızı camaat burnunuzdan gətirəcək.Prezidentin etimadı sizin burnunuzdan gəlsin.Nə edirsinizsə hamısı sizin çəxsi mənafelərinizə xidmət edir. Cıxardığınız qanunlar millətin evini yıxıb.

Cəmşid Dərələyəzli 2023-01-23 13:43:23

Təssüf ki, Musa müəllim sizi tanıyıram və tanıdığıma da məyyus oluram. Ay kişi, sən milli məclisdə cəmiyyətin həssas nöqtəsi olan bir komiussiyada fəliyyət göstərirsən. Dövlət Başçısının qarşısına sosial yönümdə bir təkliflə çıxmaq qabiliyyətin və cəsarətin yoxdur, barı heç olmasa danışma da. Bu nə çıxışdı, bu nə deyimdi. Çox təssüf. İnşallah Ölkə Başçısı yaxın bir zamanda yarımçıq doğulmuş məclisi buraxar və sizlərin də topunu göndərər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol